"Barselona" La Liqadan uzaqlaşdırılır?

18:50 11 Sentyabr 2017

İspaniya mətbuatı "Barselona" ilə dünya futbolunda şok effekti verən informasiya dərc edib.

 

Sportarena.az xəbər verir ki, oktyabrın 1-də klubun təmsil etdiyi Kataloniyada müstəqilliklə bağlı referendum keçiriləcək. Katalonlar İspaniyadan ayrılaraq müstəqilliklərini elan edərlərsə, "Barselona" başda olmaqla bütün Kataloniya klublarının İspaniya daxili bütün futbol turnirlərində iştirakına qadağa qoyulacaq və lisenziyaları ləğv ediləcək. Bu barədə İspaniya Peşəkar Futbol Liqasından məlumat verilib.

 

Ən maraqlı məqam odu ki. katalon klubların iştirak üçün müraciət etdiyi Fransa Futbol Federasiyasından bunu yalnız bir şərtlə qəbul edə biləcəklərini bildiriblər. Belə ki, FFF-ə üzv olacaq klublar qaydalara əsasən, 3-cü diviziondan mübarizəyə qoşulmalıdılar.

 

"Barselona" və digər klublar məsələyə hələ münasibət bildirmək istəmədiklərini, referendumdan sonra qərar verəcəklərini bildiriblər.


Digər xəbərlər

Xəbər xətti