Kosta Madridə getdi - "Atletiko"da oynayacaq

18:56 12 Sentyabr 2017

"Çelsi"nin hücumçusu Dieqo Kosta dünən Londonu tərk edərək Madridə gedib.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı oyunçu İspaniyanın paytaxtında fərdi qaydada məşq edəcək. Qış transfer pəncərəsi zamanı isə "Atletiko"nun düşərgəsinə qoşulacaq. Bu keçidə görə Madrid klubu "Çelsi"yə 60 milyon avro ödəyəcək. Artıq tərəflər danışıqları uğurla başa vurublar.

 

Xatırladaq ki, "Çelsi"nin baş məşqçisi Antonio Konte Kostanı komandasında görmək istəmədiyini açıqlayıb.


Xəbər xətti