AFFA Ayxan Abbasova xəbərdarlıq etdi

14:50 13 Sentyabr 2017

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Sportarena.az xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının IV turunun oyunlarında baş verənlər müzakirə olunub.
 
İclasda yeganə xoşagəlməz məqamla bağlı qərar da verilib. “Qəbələ” ilə səfər matçının 90+1-ci dəqiqəsində oyunun baş hakiminə sərt etiraz edən “Zirə”nin baş məşqçisi Ayxan Abbasova xəbərdarlıq edilib. Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçi cəzalanacaq.


Digər xəbərlər

Xəbər xətti