İngilislər Qurban Qurbanovu tanımadılar? - FOTO

17:13 13 Sentyabr 2017

“Qarabağ” dünən Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda səfərdə “Çelsi”ylə qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun matçla bağlı fikirlərinə yer verən İngiltərənin “Daily Star” nəşri səhvə yol verib. Belə ki, ingilis həmkarlarımız xəbərdə Qurbanovun yerinə, onun köməkçisi Müşfiq Hüseynovun şəklini verib.

 

Xatırladaq ki, “Çelsi” - “Qarabağ” oyunu meydan sahiblərinin 6:0 hesablı qələbəsiylə nəticələnib.

 


Digər xəbərlər

Xəbər xətti