"Real"ın futbolçusu APOEL ilə oyunu buraxacaq - Başına iş gəlib

17:51 13 Sentyabr 2017

Çempionlar Liqasının ilk tur oyunları çərçivəsində "Real" öz meydanında Kiprin APOEL klubunu qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, "kral klubu" oyuna itki ilə çıxacaq. Marko Asensio ayağına mikrob düşməsi səbəbindən oyunu buraxacaq. Futbolçu ayağını ülgüclə təmizləyərkən ehtiyatsızlıq edib. Həkimlər ona getri geyinməyi qadağan ediblər. 

 

Xatırladaq ki, "Real" - APOEL matçı saat 22:45-də başlayacaq. Cəza səbəbindən La Liqada bir neçə oyunu buraxan Ronaldo meydanda olacaq.


Digər xəbərlər

Xəbər xətti