"Kəpəz"in zədələsi sıraya döndü

15:53 14 Sentyabr 2017

 

“Kəpəz”in bir müddətdi zədəsini müalicə etdirən üzvü İlkin Sadıqov komanda ilə birgə məşqlərə qoşulub.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun saytı yayıb. Azərbaycan Premyer Liqasının 3-cü turunun “Neftçi” ilə oyununda sıradan çıxan futbolçu 10 gün kollektivdən uzaq qalıb. Qabırğanın yerini dəyişməmiş sınığı diaqnozu qoyulan Sadıqov yalnız ötən həftədən fərdi halda hazırlığa başlayıb. 

Zədə səbəbindən hücumçu 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyunlarını və çempionatda “İnter”ə qarşı matçı kənardan izləyib.


Digər xəbərlər

Xəbər xətti