"Real"ın futbolçusuna 2 oyunluq cəza

17:31 14 Sentyabr 2017

İspaniya Primerasının İntizam komitəsi "Real"ın müdafiəçisi Marselonu cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, La Liqanın 3-cü turunda "Levante"nin havbeki Cefferson Lermeyə qarşı kobudluq edən futbolçu 2 oyun diskvalifikasiya olunub.

 

O, rəqibinə qəsdən zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə almışdı. Bununla da, 29 yaşlı müdafiəçi "Real Soceidad" və "Betis"lə oyunları buraxmalı olacaq. 


Xəbər xətti