“Bakı”nın bazasında oynayacaq - 200 minlik büdcə ilə

10:49 15 Sentyabr 2017

 

Birinci Divizion təmsilçisi MOİK-in növbəti mövsümdən ev oyunlarını keçirəcəyi stadion məlum olub.

 

Sportarena.az xəbər verir ki, “hərbçilər” "Bakı"nın bazasını seçib. Bu komandadan əvvəl "Göyçə" də ev oyunlarını bu bazada keçirməyə qərar vermişdi.

 

Yeri gəlmişkən, növbəti mövsüm MOİK iddialı olacaq və Premyer Liqaya vəsiqə uğurunda mübarizə aparacaq. Hətta Müdafiə Nazirliyi komandaya normal büdcə də ayırıb. Belə ki, “hərbçilər” mövsümə 200 minlik büdcə ilə başlayacaq. Komanda ilk dövrəni yaxşı keçirsə, qış fasiləsində büdcənin bir qədər də artırılması mümkündü.


Digər xəbərlər

Xəbər xətti