Avroliqa oyununda tarixi hadisə

12:05 15 Sentyabr 2017

Avropa Liqasında Portuqaliyanın “Gimaraynş” klubu ilə “Zalsburq” arasında keçirilən qarşılaşmada tarixi hadisə yaşanıb.

 

Sportarena.az xəbər verir ki, “Gimaraynş”ın start heyətində meydana bircə avropalı futbolçu da çıxmayıb. Baş məşqçi Pedro Martins meydana 4 braziliyalı, 2 kolumbiyalı, kot d ivuarlı, perulu, qanalı, venesuelalı və uruqvaylı futbolçu buraxıb.

 

Bu da avrokuboklar tarixində ilk belə hadisə olub. Qarşılaşma isə 1:1 hesabı ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti