"Real" ötən mövsüm nə qədər qazanıb? - Maliyyə hesabatı

15:51 15 Sentyabr 2017

“Real” klubu 2016/2017-ci ilin maliyyə hesabatını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, klub 674,6 milyon gəlir əldə edib. Ondan əvvəlki il isə bu rəqəm 620,1 milyon avro olmuşdu. Məlumatda bildirilir ki, vergilər də ödənildikdən sonra xalis gəlir 21,4 milyon avro olub. Təmiz kapital isə 463,5 milyon avro təşkil edib. Qalıq pul vəsaiti 178 milyon avrodu.

 

“Kral klubu”nun borcu isə 10,3 milyon avroya bərabər olub. “Real” ötən mövsüm İspaniya çempionu olub, Çempionlar Liqasını və UEFA Superkubokunu qazanıb.


Digər xəbərlər

Xəbər xətti