"Qarabağ"ın oyununa bilet alanlara millinin matçına 50% güzəşt

19:11 15 Sentyabr 2017

AFFA və “Qarabağ” Futbol Klubu birgə layihə həyata keçirəcək.

 

Sportarena.az xəbər verir ki, layihəyə əsasən, “Qarabağ”ın Çempionlar Liqası çərçivəsində ilk və milli komandanın cari seçmə mərhələdə son ev oyunu olduğundan, azarkeşlərin yüksək dəstəyinə hörmət əlaməti olaraq onlar üçün güzəştlər tətbiq ediləcək.

 

Belə ki, “Qarabağ”ın oyununa bilet alan azarkeşlər millinin Çexiya ilə qarşılaşması üçün bileti eyni sektordan olan yerə real qiymətindən 50 faiz ucuz əldə edə biləcəklər. Bunun üçün azarkeşlər millinin oyunu üçün bilet alarkən “Qarabağ” - “Roma” oyununun biletini kassalara təqdim etməlidi.

 

Hər iki oyuna bilet satışı “i Ticket” şirkəti tərəfindən həyata keçirilir. 


Digər xəbərlər

Xəbər xətti