Emin Mahmudov “Neftçi”nin məşqində - FOTO

10:22 16 Sentyabr 2017

“Neftçi” Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində qarşılaşacağı “Zirə” klubu ilə oyunun hazırlığını başa vurub.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Bakcell Arena”da məşq edib. Hazırlıq prosesinin ilk 10 dəqiqəsi KİV nümayəndələri və azarkeşlər üçün açıq olub.

 

Qeyd edək ki, artıq Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov da “Neftçi”nin düşərgəsindədi. 25 yaşlı yarımmüdafiəçi dünəndən "ağ-qaralar"ın məşqlərində iştirak edir. O, bu gün baş tutan açıq məşqdə də yer alıb. Eminin paytaxt klubu ilə müqavilə imzalaması gerçəkləşən kimi bu transfer rəsmən açıqlanacaq.

 

Xatırladaq ki, "Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu sabah saat 19:00-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti