Təbriz klubları xal itirdi

10:45 16 Sentyabr 2017

Futbol üzrə İran çempionatında 6-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Göstəriş”lə “Traktorsazi” də növbəti matça çıxıblar. Təbrizin daha məşhur klubu “Traktorsazi” “Məşhəd”lə heç-heçəyə razılaşıb – 1:1. “Göstəriş” də “Naft Tehran”la səfər matçından 1 xalla ayrılıb – 0:0.

 

Cari mövsümə uğursuz start verən “Göstəriş” 6 turdan sonra cəmi 4 xal toplayıb və 16 iştirakçı arasında sonuncudu. “Traktorsazi” isə 7 xalla 8-cidi.


Digər xəbərlər

Xəbər xətti