"Neftçi"də ciddi itki - "Zirə" ilə oyunu buraxacaq

14:16 16 Sentyabr 2017

 

"Neftçi”nin qapıçısı Səlahət Ağayev zədələnib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Təcrübəli futbolçu "Zirə” ilə oyunöncəsi məşqdə qasıq nahiyəsindən zədə alıb. Hazırda müayinə olunan qolkiperin zədəsinin ciddiliyi yaxın günlərdə dəqiqləşəcək. Futbolçunun bugünkü qarşılaşmanı buraxacağı dəqiqdi. Digər zədəli futbolçu Elnur Cəfərovun da adı "Zirə” ilə oyunun iştirak ərizəsinə salınmayacaq.

 

Qeyd edək ki, "Neftçi" - "Zirə" qarşılaşması bu gün saat 19.00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti