Levandovski "Bavariya"dan ayrılır - Hansı kluba gedəcək?

14:36 17 Sentyabr 2017

“Bavariya”nın futbolçusu Robert Levandovski gələcək karyerası ilə bağlı qəti qərar verib.

 

Sportarena.az xəbər verir ki, Levandovski 2018-ci ilin yayında “Real”a keçmək istəyir. O, qərarı barədə agentinə məlumat verib. Polşalı hücumçu uşaqlıqdan “kral klubu”nun azarkeşidi. Levandovski bir müddət əvvəl verdiyi müsahibədə “Bavariya”nın transfer siyasətini tənqid etmişdi. Klub rəhbərliyi də bu müsahibəyə görə futbolçunu qınamışdı.

 

Levandovskinin “Bavariya” ilə müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub. Müqavilədə futbolçunun getməsi üçün kompensasiya nəzərdə tutulmayıb.

 

Qeyd edək ki, Polşalı hücumçu “Bavariya”ya 2014-cü ildə Dortmund “Borussiya”sından azad agent kimi gəlib.


Xəbər xətti