Şahin Diniyev: "Bu bir xala görə utanıram"

20:41 17 Sentyabr 2017

Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Qarabağ" "Kəpəz"i qəbul və məğlub edib - 2:0.

 

Sportarena.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Şahin Diniyev görüşlə bağlı fikirlərini bölüşüb:

 

"Qarabağ"a qarşı oynamaq mümkünsüzdür. Bu gün onlar tam heyətlə oyuna çıxmışdılar. Çalışdıq mübarizə aparaq. Belə alındı. Oyun baxımından "Qarabağ" üstün idi və səhvlərimizdən istifadə edib qollar vurdular. Futbolçularımdan razıyam. Bacardıqlarını etdiler. Sinmadılar, mübarizə apardılar. Yeni komandayiq. Ümid edirəm ki, gələcəkdə qələbələrimiz və nəticələrimiz olacaq.

 

Ötən mövsümdə də bizdə əvvəl problemlər oldu. Daha sonra oyunumuz oturdu. İndi də yeni heyət olduğu üçün biraz problemlər var. Vaxt keçdikcə hər şey qaydasına düşəcək. Kəpəz azarkeşləri yaxşı komandanı haqq edirlər. Mən bu bir xala görə utanıram".


Digər xəbərlər

Xəbər xətti