Qurban Qurbanov: "Onun formaya düşməsinə hələ var"

21:04 17 Sentyabr 2017

"Qalib gəlmək istəyirdik. Çətin də olsa qol vura bildik. Azarkeşlərimizə də təşəkkür edirəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 5-ci turunda "Kəpəz"ə qalib gəldikləri (2:0) oyundan sonra keçirilən mətbuat konfransında deyib. O, son günlər mətbuatda qapıçı İbrahim Şehiçin əvəzedici komandaya göndərilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Eyni zamanda, uzun fasilədən sonra qol vuran Dani Kintana barədə də fikirlərini bölüşüb:

 

"Şehiç əvəzedici heyətə göndərilməyib. Bu gün də burda idi. Kintanaya gəlincə, şadam ki, qol vurdu. Onun formaya düşməsinə hələ var. Yanvar ayından oynamır. Tam formaya qayıtmasına hələki var. Çox çalışır. Təcrübəsinin hesabına bu gün qol vurdu. Bir daha göstərdi ki, komandaya tam uyğunlaşmış bir oyunçudur".


Digər xəbərlər

Xəbər xətti