"Barselona"da şok itki - Yeni transfer 2 ay oynamayacaq

11:22 18 Sentyabr 2017

“Barselona” klubu ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, La Liqanın 4-cü turunda “Xetafe”ni səfərdə 2-1 məğlub etdiyi matçda zədə alan Usman Dembelenin durumunun ciddi olduğu müəyyənləşib. İspaniya mətbuatının yaydığı xəbərə görə, katoloniyalıların yeni transferi bu gün tibbi müayinədən keçib və onun 2 ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

 

Qeyd edək ki, Dembele yay transfer dönəmində 105 milyon avro qarşılığında “Borussiya Dortmund”dan “Barselona”ya transfer olunmuşdu.


Xəbər xətti