"Neftçi" Səlahət Ağayevin durumuna aydınlıq gətirdi

15:27 18 Sentyabr 2017

"Neftçi”nin "Zirə” ilə oyunöncəsi məşqdə zədələnmiş qapıçısı Səlahət Ağayev durumuna aydınlıq gəlib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki,  millimizin üzvü sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı diaqnozu ilə əməliyyat olunacaq. Təcrübəli futbolçu bunun üçün sabah – sentyabrın 19-da Türkiyənin İstanbul şəhərinə yola düşəcək.

 

Qeyd edək ki, futbolçunun ən azl ilin sonuna kimi oynaya bilməyəcəyi bildirilir.


Xəbər xətti