“Real” onunla yeni müqavilə bağladı

17:18 18 Sentyabr 2017

“Real” müdafiəçisi Daniel Karvahalla yeni müqavilə bağlayıb.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi ispan futbolçuyla müqavilə müddətini 2022-ci ilin yayına kimi uzadıb. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Karvahalla əvvəlki müqavilə 2020-ci ilin yayında başa çatırdı.

 

İspaniya mətbuatında yer alan xəbərlərə görə, “kral klubu” 25 yaşlı müdafiəçinin transfer qiymətini 350 milyon avro olaraq müəyyənləşdirib.


Xəbər xətti