Məhkəmə Nicat Muxtarovla bağlı qərar verdi

Sportarena.az      20 Sentyabr 2018, 10:40

Oğurluğa görə saxlanılan “Sumqayıt”ın futbolçusu Nicat Muxtarov barəsində həbs qətimkan tədbiri seçilib.

 

Sportarena.az lent.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhər Məhkəməsində hakim Vladimir Ruvinovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanın təqdimatına baxılıb. Təqdimat təmin edilib və Sumqayıtda 695 metr hava rabitə kabelini oğurlamaqda təqsirləndirilən şəxslər - Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və Nurlan Paşayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, bu gün futbolçu Nicat Muxtarovun sərbəst buraxılması haqda xəbərlər yayılsa da, daha sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti bunu təkzib edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin