"Şüvəlan" "Xəzər"ə qalib gəldi

11:16 20 Sentyabr 2017

Yeni mövsümə hazırlığı davam etdirən "Şüvəlan" bu gün “AZAL Arena”da Birinci Divizionun debütantı “Xəzər” klubu ilə yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, oyun "Şüvəlan"ın 2:1 hesablı qələbəsi ilə sona çatıb. Meydan sahiblərinin heyətində hər iki qolu Yura Qolubka vurub. “Xəzər”in heyətində isə Xəyaq Quliyev fərqlənib.


Digər xəbərlər

Xəbər xətti