"Selta" cəzalandırıldı - Tamaşaçı sayının azlığına görə

Sportarena.az      20 Sentyabr 2018, 11:33
İspaniyanın "Selta" klubu La Liqadakı ilk 2 ev oyununda tamaşaçı sayının azlığı səbəbindən cərimələnib. 

Sportarena.az xəbər verir ki, La Liqa rəhbərliyinin qəbul etdiyi yeni qaydalara əsasən, klublar oyunun yayımı zamanı əsas kamera ilə üzbəüz sektorun ən azı 70 faizini doldurmağa borcludurlar. "Selta" isə bu tələbi yerinə yetirə bilmədiyi üçün pul cəzasına məruz qalıb. 
 
Viqo şəhərindəki "Balaidos" stadionunda "Selta"nın ilk 2 ev oyununa orta hesabla 17 172 tamaşaçı gəlib. Arenanın tutumu isə 32 500 nəfərlikdir.  Klub "Xetafe" ilə sentyabrın 21-də keçirəcəyi növbəti ev oyununda kamera ilə üzbəüz tribunaya biletlərin qiymətini 40 avroya endirib. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin