Çempionlar Liqasının telejurnalında "Qarabağ"dan bəhs edildi - VİDEO

15:26 20 Sentyabr 2017

Çempionlar Liqasının həftəlik telejurnalının növbəti buraxılışı yayımlanıb.

 

Sportarena.az xəbər verir ki, jurnalda bu həftənin mövzusu ilk turun oyunları olub. UEFA buraxılışda "Qarabağ"a da yer ayırıb. "Çelsi" - "Qarabağ" matçı (6:0) barədə hazırlanan sujetin əvvəlində Londonda yaşayan Cəlal Məmmədzadə adlı gənc Ağdam klubu barədə Azərbaycan dilində geniş məlumat verib (Yayımlanan ölkələrə uyğun tərcümə olunacaq). Sujet "Çelsi"nin baş məşqçisi Antonio Kontenin müsahibəsi ilə başa çatıb.

 

Qeyd edək ki, ÇL-in həftəlik jurnalı 120-dən çox ölkənin 150-ə yaxın kanalında artıq yayımlanıb.

 

 


Xəbər xətti