Millətlər Liqasının formatı təsdiqləndi - Nə vaxt başlayacaq?

12:06 21 Sentyabr 2017

UEFA Millətlər Liqasın turnirin keçirilmə formatını və əsasnaməsini təsdiqləyib.

 

Sportarena.az xəbər verir ki, yarışda UEFA-ya üzv olan 55 milli iştirak edəcək. 2017-ci il oktyabrın 11-də açıqlanacaq UEFA-nın yığmalar üçün reytinqinə görə komandalar A, B, C və D liqalarına bölünəcək.

A və B liqalarında 12, C liqasında 15, D liqasında 16 komanda olacaq. A və B liqasının hərəsində 3 komandadan ibarət 4 qrup olacaq. C liqasında isə bir qrupda 3, üçündə 4 yığma mübarizə aparacaqsa, D liqasında 4 komandalı dörd qrupa ayrılacaq.

 

Matçlar 2018-ci ilin sentyabr-noyabr aylarında keçiriləcək. Qrup qalibləri daha yüksək dəstəyə vəsiqə qazanacaqsa, sonuncu olanlar aşağı diviziona yuvarlanacaq. Millətlər Liqasının qrup mərhələsinin püşkatma mərasimi isə gələn il yanvarın 24-ü olacaq.


Digər xəbərlər

Xəbər xətti