Bakı 2020-ci ildə də ÇLin finalını qəbul edə bilməyəcək

Sportarena.az      21 Sentyabr 2018, 17:15

AÇ-2020-nin keçiriləcəyi 13 şəhərdə 2019-2020 mövsümünün Avropa Liqası və Çempionlar Liqasının final oyunları keçirilməyəcək. 

 

Sportarena.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsi qəbul etdiyi qərara səbəb kimi, avrokubokların həlledici qarşılaşmalarının digər ölkələrin təşkil etməsinə imkan yaratmaq olub. Ancaq 13 şəhərdə UEFA Super Kubokunun oyunu keçirilə bilər.

 

Qeyd edək ki, AÇ-2020 Bakı, Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Roma (İtaliya), Münhen (Almaniya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Brüssel (Belçika) və Qlazqo (Şotlandiya) şəhərlərində keçiriləcək.

 

2018-2019 mövsümündə Çempionlar Liqasının finalı Madriddəki "Metropolitano" stadionunda, Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda təşkil olunacaq. UEFA Super Kuboku matçı isə Türkiyənin İstanbul şəhərindəki "Vodafone Park" stadionunda baş tutacaq.

 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin