“Binə” milli ilə heç-heçə etdi

11:50 24 Sentyabr 2017

Birinci Divizionda yeni mövsümdə debütə hazırlaşan “Binə” bu gün yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, sözügedən komanda Bakıda təlim-məşq toplanışında olan Azərbaycanın U-17 milli komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən oyunda 2:2 hesablı bərabərlik qeydə qalınıb.

 

“Binə”nin heyətində Vüsal Nağıyev və Cəmil Rəhimli fərqlənib.


Xəbər xətti