Rauf ilk qolunu vurdu, "Kukesi" qələbə qazandı - VİDEO

10:56 25 Sentyabr 2017

Futbol üzrə Albaniya çempionatında 2-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı hücumçu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Laçi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

 

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Rauf start heyətdə meydana çıxıb. O, komandasının qələbəsində də xüsusi pay sahibi olub. Belə ki, 61-ci dəqiqədə məhz onun qapıya ünvanladığı top hesabın açılması ilə nəticələnib.

 

Qeyd edək ki, “Kukesi” hazırda 7 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.

 

 


Digər xəbərlər

Xəbər xətti