Sportarena.az
17 Oktyabr 2017

Mövsümün 50-ci qolunu kim vurdu?

12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasında mövsümün 50-ci qolu vurulub.

 

Sportarena.az xəbər verir ki, bu, 6-cı turun “Qarabağ” - “Sumqayıt” oyununa təsadüf edib. Matçın 65-ci dəqiqəsində hesabı 3:1-ə çatdıran Mahir Mədətov mövsümün yubiley topunun müəllifi olub. 50-ci qol çempionatın 20-ci qarşılaşmasına təsadüf edib. 

 

Maraqlıdı ki, mövsümün ilk qolunun da müəllifi Mahir olub. Avqustun 11-də “Neftçi” ilə səfər oyununun 15-ci dəqiqəsində fərqlənən Mədətov 42 gündən sonra 50-ci qola imza atıb. Ümumilikdə isə 6 turun 23 oyununda 57 qol vurulub. Orta məhsuldarlıq 2,48-ə bərabərdi.

 

Qeyd edək ki, bu qarşılaşmada 4:1 hesabı ilə qalib gələn mövsümün startından 5-ci, ümumilikdə isə 8-ci çempionat qələbəsini qazanıb.

Tarix
25.09.17 [16:37]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

17 Oktyabr
16 Oktyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio