UEFA düzəliş etdi - Zabit Səmədov "Qarabağ"ın ən məşhur azarkeşi oldu

14:46 27 Sentyabr 2017

UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan klublara azarkeşlik edən məşhur adamların siyahısında dəyişiklik edib.

 

Sportarena.az xəbər verir ki, qitənin ali futbol qurumunun saytı əvvəlcə “Qarabağ”ın azarkeşi kimi təqdim etdiyi Bəhram Bağırzadəni siyahıdan çıxarıb, onun yerinə isə kikboks üzrə dünya çempionu Zabit Səmədovun adını daxil edib.

 

Qeyd edək ki, “Neftçi”nin Müşahidə Şurasının sabiq üzvü və bu komandanın azarkeşi kimi tanınan Bağırzadənin adının bu siyahıda yer alması ölkəmizdə birmənalı qarşılanmamışdı.


Digər xəbərlər

Xəbər xətti