AÇ-2020-nin püşkatması harada keçiriləcək?

15:06 28 Sentyabr 2017

AÇ-2020-nin seçmə mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi yer müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, püşkatma mərasimi İrlandiyanın paytaxtı Dublin şəhərində keçiriləcək. Mərasimin vaxtı isə yaxın günlərdə açıqlanacaq.

 

2019-cu ilin martından noyabra qədər sürəcək seçmə mərhələdə 55 milli komanda iştirak edəcək. 10 qrupun hər birində 5 və 6 komanda yer alacaq. İlk 2 yeri tutanlar final mərhələsinə vəsiqə əldə edəcək. Daha 4 vəsiqənin sahibi isə Millətlər Kubokunda bəlli olacaq.

 

Qeyd edək ki, AÇ-2020-ə ev sahiblik edəcək 13 şəhərdən biri də Bakıdı.


Xəbər xətti