"Bavariya" Ançelottini qovacaq?

16:40 28 Sentyabr 2017

“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti bu gün qovula bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Almaniyanın “Bild” nəşri yayıb. Xəbərdə klub rəhbərliyinin italyan məşqçinin işindən narazı olduğu, Çempionlar Liqasının PSJ ilə səfər oyunundakı böyük hesablı məğlubiyyətdən (0:3) sonra isə hövsələdən çıxdığı qeyd edilib. Münhen klubunun rəhbərliyinin Ançelottini bu gün istefaya göndərəcəyi vurğulanıb.

 

“Bavariya” Bundesliqanın ilk 6 turundan sonra 13 xalla 3-cü pillədə qərarlaşıb.


Xəbər xətti