"Traktorsazi" qalib gəldi

10:08 29 Sentyabr 2017

Futbol üzrə İran çempionatında 8-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, hesabat turu Cənubi Azərbaycanı təmsil edən iki klubun üz-üzə gəlməsiylə əlamətdar olub. Belə ki, “Traktorsazi” səfərdə "Göstəriş"lə qarşılaşıb. Təbriz derbisində sevinən tərəf "traktorçular" olublar - 2:1.

 

Bu qələbə sayəsində xallarını 10-a çatdıran “Traktorsazi” 16 iştirakçı arasında 8-cidi. “Göstəriş” isə 7 xalla sonuncu pillədə qərarlaşıb.


Xəbər xətti