Vaçlik: "Azərbaycan ilə matçda qələbə qazanmaq vacibdi" - AÇIQLAMA

14:15 29 Sentyabr 2017

"Bizi dünya çempionatının seçmə mərhələsində son oyunlar gözləyir. Həm Azərbaycan, həm də San Marino ilə görüşlərə ciddi yanaşırıq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Çexiya millisininn qapıçısı Tomaş Vaçlik DÇ-2018-in seçmə mərhələsində Azərbaycan və San Marino ilə oyunlarla bağlı fikirlərini  ölkəsinin mətbuatına bildirərkən deyib. O, hər iki matçda qələbə qazanmaq istədiklərini söyləyib:

 

“Mundiala vəsiqə qazanmaq şansımız qalmayıb. Buna baxmayaraq, hər iki oyunda qələbə qazanmaq lazımdır. Çünki Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında ikinci səbətdə yer almaq istəyirik. Buna görə də Azərbaycan və San Marino ilə matçlarda qələbə qazanmaq vacibdi. Bunu bacarsaq, dünya çempionatının seçmə mərhələsini yüksək əhval-ruhiyyədə bitirmiş olarıq”.

 
Qeyd edək ki, Azərbaycan - Çexiya oyunu oktyabrın 5-i keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti