Almaniya - Azərbaycan matçının biletləri satışda

14:31 29 Sentyabr 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Almaniya - Azərbaycan oyununun biletləri satışa çıxarılıb.

 

Sportarena.az xəbər verir ki, oktyabrın 8-də keçiriləcək qarşılaşmaya biletlərin qiymətləri 4 kateqoriya üzrə müəyyənləşib. Oyunu izləmək istəyən azarkeşlər 25 avrodan 80 avroya qədər müxtəlif qiymətlərə bilet əldə edə bilərlər.

 

6 yaşdan aşağı uşaqlar üçün nəzərdə tutulan biletlərin qiyməti ucuzdu - 10 avro. Tələbələr və yaşlılar üçün də qiymətlərdə 50 faiz endirim edilib.

 

Əlillər də millimizin oyununu izləmək üçün daha ucuz qiymətə - 10 avroya bilet əldə edə bilər.


Digər xəbərlər

Xəbər xətti