FİFA millimizin rəqibini cəzalandırdı

22:52 2 Oktyabr 2017

FİFA Almaniya Futbol İttifaqını (AFİ) cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, buna DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də keçirilmiş Çexiya - Almaniya oyunu zamanı alman fanatların nasist şüarlar səsləndirməsi səbəb olub. Qonaq azarkeşlər həmin oyunda pirotexniki vasitələrdən də istifadə ediblər, meydana kənar əşyalar atıblar. Baş verən olaylarla əlaqədar AFİ 32 min İsveçrə frankı məbləğində cərimə olunub.

 

Qeyd edək ki, Almaniya və Çexiya millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləridi. Bu komandalar arasında baş tutan sözügedən oyunda almanlar 2:1 hesablı səfər qələbəsinə seviniblər.


Digər xəbərlər

Xəbər xətti