İspaniya Monteneqroya 22 qol vurdu - Bakıda

23:25 2 Oktyabr 2017

Bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının yer aldığı 3-cü qrupun oyunlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, Bakıda keçirilən qrupun ilk turunda yığmamız İslandiya ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunun ikinci meydançasında baş tutan görüş yığmamızın 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib. 

 

Qrupun digər qarşılaşmasında isə İspaniya Monteneqronun daşını daş üstə qoymayıb - 22:0. 

 

2 oktyabr

İspaniya - Monteneqro 22:0
Hakimlər: Lusi Sulcova (Çexiya), Viki De Kremer (Belarus), Xəyalə Əzizzadə (Azərbaycan), Yuliya Qurbanova (Azərbaycan)
Bakı. Olimpiya Stadionu, ehtiyat meydança

 

Azərbaycan - İslandiya 0:2
Hakimlər: Kristina Quteva (Bolqarıstan), Mirela İvanova (Bolqarıstan), Anastasiya Akimova (Qazaxıstan), Liliya Həsənova (Qazaxıstan)
Bakı. Olimpiya Stadionu, ehtiyat meydança 


Digər xəbərlər

Xəbər xətti