"Atletiko" - "Qarabağ" matçının biletləri də satışa çıxarıldı

11:48 3 Oktyabr 2017

“Atletiko” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” və “Roma” ilə ev oyunlarının biletlərini satışa çıxarıb.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ”la ev oyununun biletləri 10-150 avro, “Roma” ilə qarşılaşma üçün biletlərin qiyməti isə 30-180 avrodu.

 

“Atletiko” - “Qarabağ” matçı oktyabrın 31-də, Bakı vaxtıyla saat 22:45-də yenicə istifadəyə verilmiş “Vanda Metropolitano” stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti