Səlahətin meydanlara qayıdacağı vaxt məlum oldu

16:10 3 Oktyabr 2017

"Neftçi”nin "Zirə” ilə oyunöncəsi məşqdə zədələnmiş qapıçısı Səlahət Ağayevin "sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı” diaqnozu ilə əməliyyat olunacağı haqda məlumat vermişdik. Təcrübəli futbolçu "Acıbadəm Fulya" xəstəxanasında əməliyyat olunmaq üçün sentyabrın 19-da Türkiyənin İstanbul şəhərinə yola düşmüşdü.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, qolkiper müayinə olunandan sonra həkimlərin birgə rəyinə görə əməliyyata ehtiyac görülməyib. Səlahət Ağayevin həkimlərin nəzarəti altında daha əlverişli şəraitdə bərpa xarakterli fiziki məşqlər keçməsi üçün "Acıbadəm Fulya" xəstəxanasında qalması məqsədəuyğun sayılıb.

 

"Neftçi” rəhbərliyi bir neçə gündən sonra İstanbula yollanaraq Səlahət Ağayevə baş çəkməyi planlaşdırır. Həkimlərin qərarına görə oktyabrın 10-dək Bakıya qayıdıb bərpa prosesini burada davam etdirəcək futbolçunun noyabrda komanda ilə məşqlərə başlayacağı gözlənilir.  


Digər xəbərlər

Xəbər xətti