UEFA nümayəndələri Sadıqova hazırlanan sürprizə imkan vermədilər - FOTO

22:46 4 Oktyabr 2017

Azərbaycan millisi sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya millisini qəbul edəcək. Sabah millidə vida oyununu keçirəcək Rəşad Sadıqov da mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, mətbuat konfransında millimizin kapitanı üçün sürpriz hazırlanmışdı. Belə ki, mətbuat konfransında iştirak edən jurnalistlərə Sadıqovun maskası paylanmışdı. Ancaq UEFA nümayəndələri mətbuat konfransında maskaların taxılmasına icazə vermədiyindən, sürpriz baş tutmayıb.

 

Qeyd edək ki, sabah Rəşad Sadıqov milli forma ilə son oyununa çıxır.

 


Digər xəbərlər

Xəbər xətti