Ağır atletika yığması mükafatlandırıldı - VİDEO

10:07 5 Oktyabr 2017

22-30 sentyabr tarixlərində Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyində 11 medal qazanaraq Avropanın ən güclü yığması adını qazanan Azərbaycan komandası vətənə dönüb.

 

Sportarena.az xəbər verir ki, ənənəvi olaraq, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbər heyəti qalib və mükafatçıları, uğurda əməyi olanları mükafatlandırmaq üçün mərasim təşkil edib. Tədbir yığmamızın mərkəzi bazası olan AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında vitse-prezidentlər Tofiq Heydərov və Ruslan Xanverdiyev, həmçinin baş katib Rizvan Rəsulovun iştirakı ilə keçirilib. İlk öncə rəhbərlik arxada qalan yarış barədə fikirlərini bölüşüb. Vitse-prezident Tofiq Heydərov Kosovodakı Avropa birinciliyində əldə edilən nəticəni Azərbaycan ağır atletika tarixində özünəməxsus yer tutacağını bildirib. Daha sonra federasiyanın baş katibi Rizvan Rəsulov çıxış edib.

 

Sonda vitse-prezident Ruslan Xanverdiyev qalib və medalçılar, milli komandamızın digər üzvləri, həmçinin məşqçilər heyətinə mükafatları təqdim edib.

 

 

 

 

 


Xəbər xətti