Uruqvay DÇ-ə ev sahiblik etmək istəyir - 100 illik fasilədən sonra

11:04 5 Oktyabr 2017

Cənubi Amerikanın 3 ölkəsi 2030-cu ildə keçiriləcək dünya çempionatına birgə ev sahibiliyi etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, Uruqvay, Argentina və Paraqvayın dövlət başçıları - Tabara Vaskes, Maurisio Makri və Orasio Kartes oktyabrın 4-də Buenos-Ayresdə keçirilən görüşdən sonra bu barədə açıqlama veriblər.

 

2030-cu ildə mundialların keçirilməsinin 100 ili tamam olacaq. İlk dünya çempionatı isə Uruqvayda keçirilib. Argentina DÇ-yə 1978-ci ildə ev sahibliyi edib.

 

FİFA bu ölkələrin ərizəsini qəbul etsə, mundialın oyunlarına Argentinanın 6, Uruqvay və Paraqvayın isə 3 şəhəri ev sahibliyi edəcək.


Xəbər xətti