Braziliya millisi Boliviyada problemlə üzləşdi - FOTO

15:20 6 Oktyabr 2017

Braziliya yığması DÇ-2018-in seçmə mərhələsində səfərdə Boliviya ilə (0:0) qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra braziliyalı futbolçular özlərini pis hiss ediblər. Onlar nəfəs almaqda çətinlik çəkiblər. Buna görə də, kislorod maskası taxmalı olublar. Oyun dəniz səviyyəsindən 3700 metr hündürlükdə keçirilib. Belə şəraitə öyrəşməyən braziliyalılar halsız olublar.

 

Qeyd edək ki, Braziliya DÇ-2018-ə vəsiqəni vaxtın əvvəl təmin edib.

 


Digər xəbərlər

Xəbər xətti