İniesta karyerasını "Barselona"da bitirəcək - RƏSMİ

17:54 6 Oktyabr 2017

"Barselona”  futbolçusu Andres İnyesta ilə yeni müqavilə ilə bağlı razılığa gəlib. 

Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi karyerasının sonuna qədər "Barselona"da çıxış edəcək. Kapitanla bu gün “Nou Kamp”da müqavilə imzalanacaq.

Qeyd edək ki, Kataloniya klubunun yetirməsi olan Andres İnyesta 2002-ci ildən əsas komandada çıxış edir. O, "Barsa"da 639 oyunda 55 qol vurub.


Digər xəbərlər

Xəbər xətti