"Qarabağ"ın 17 yaşlı futbolçusu Ukrayna klubunda

18:14 6 Oktyabr 2017

"Qarabağ"ın U-19 komandasının üzvü karyerasını Ukraynada davam etdirəcək.

 

Sportarena.az Sportlife.az-a istinadən xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komandanın 17 yaşlı futbolçusu Hüseyn Əhmədov Xarkovun "Gelios" klubunda çıxış edəcək. Ukraynanın I liqasında mübarizə aparan komandanın məşqçiləri Əhmədovu keçən il "Metallist"in heyətində (U-17) çıxış edərkən bəyəniblər.

 

Hazırda “Gelios”un düşərgəsində olan Hüseyn dünən sağlamlıq testindən keçib və müsbət nəticə alıb. Tərəflər arasında yaxın günlərdə müqavilə imzalanması gözlənilir.


Xəbər xətti