Babayev: "Problemimiz gənc komanda olmağımızdı" - AÇIQLAMA

16:00 7 Oktyabr 2017

Azərbaycan kubokunun 2017/18 mövsümünün püşkatma mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, püşkün nəticələrinə görə "Binə” yarışa 1/8 final mərhələsindən başlayacaq.

 

Bir oyundan ibarət olacaq bu mərhələdə, komanda noyabrın 29-da səfərdə "Kəpəz"lə qarşılaşacaq. Klubun rəsmi saytına müsahibə verən "Binə"nin baş məşqçisi Mehman Babayev püşkü belə dəyərləndirib:

 

"Premyer Liqanın bütün klubları bizim üçün güclüdü. "Kəpəz" hazırda öz oyununu göstərməsə də, onların təcrübəsi kifayət qədərdi. Meydan amili də onların tərəfindədi. Biz də zəif komanda deyilik. Oyunçularımızın hər biri özlüyündə təcrübəlidi. Problemimiz gənc komanda olmağımızdı. Amma futboldu, biz heç bir rəqibdən çəkinmirik. Çalışacağıq ki, əlimizdən gələni edək".


Digər xəbərlər

Xəbər xətti