“Qarabağ” “Sumqayıt”a uduzdu

23:20 7 Oktyabr 2017

Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" və “Qarabağ” klubları bu gün yoxlama görüşü keçirib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma "Azersun Arena"da baş tutub. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada Samir Abasovun yetirmələri 2:1 hesablı qələbə qazanıb.

 

"Sumqayıt"ın qollarını 10-cu dəqiqədə Amil Yunanov, 19-cu dəqiqədə isə Azər Salahlı rəqib qapısından keçirib. "Qarabağ"da isə Miçel penalti zərbəsindən fərqlənib.


Digər xəbərlər

Xəbər xətti