İrlandiya millimizi darmadağın etdi

20:06 10 Oktyabr 2017

 

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün ilk oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, futbolçularımız Bolqarıstanın Qorna Oreçovitsa şəhərindəki "Lokomotiv" stadionunda İrlandiya yığması ilə qarşılaşıb. Qarşılaşma millimiz üçün uğursuz alınıb. Belə ki, rəqib yığmamızı 6 cavabsız qolla yenib.

 

Millimiz seçmə mərhələdə aşağıdakı heyətlə çıxış edir: 

 

Ayxan Arazlı (Qarabağ), Turan Vəlizadə (Qarabağ), Zamiq Əliyev (Qarabağ ), Musa Qurbanlı (Qarabağ), Elməddin Sultanov (Qəbələ ), Samir Qurbanov (Qəbələ), Veysəl Rzayev (Qəbələ), Cavidan Rəhimli (Qəbələ), Məhəmməd Məhərrəmov (Qəbələ), Xəyal Muradov (Qəbələ), Nicat Məmmədov (Neftçi), Mahir Həsənov (Neftçi), İsmayıl Zülfüqarlı (Neftçi), Vüsal Əsgərov (Neftçi), Sərcan Omarov (İnter), Ceyhun Nuriyev (İnter), Səbuhi Abdullazadə (Sumqayıt), Rüfət Abdullazadə (Sumqayıt), Murad Məmmədov (Səbail), Elnur İbrahimov ("Spartak-2", Moskva, Rusiya). 

 

Avropa çempionatının seçmə mərhələsi (U-17)

10 oktyabr

İrlandiya - Azərbaycan 6:0

Qol: Adam İdah, 6; 24; 58. Şon Brennan, 36. Maks Mörfi, 38. Tireyk Rayt, 43.


Xəbər xətti