"Qarabağ" rəsmisi ECA-nın Yarış İşçi Qrupuna üzv seçildi

15:24 10 Oktyabr 2017

Avropa Klublar Birliyinin (ECA) Yarış İşçi Qrupuna (Competition Working Group) Azərbaycandan “Qarabağ”ın baş meneceri Asif Əsgərov üzv seçilib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 49 nəfərin öz namizədliyini irəli sürdüyü və 6 şəxsin seçildiyi qrupda Azərbaycan və “Qarabağ”ı Asif Əsgərov təmsil edəcək.

Qeyd edək ki, Yarış İşçi Qrupuna “Real”dan Emilyo Butragenyo, PAOK-dan Luqoş Mixel, “Qalatasaray”dan Cenk Ergün, “Yuventus”dan Ruzo Lombardo, “Malmö”dən Nikas Karlsson və “Qarabağ”dan Asif Əsgərov seçilib. 


Xəbər xətti