Ramil Şeydayev "Trabzonspor"un və Türkiyə mətbuatının gündəmində - FOTO

16:33 10 Oktyabr 2017

Millimizin futbolçusu Ramil Şeydayev DÇ -2018-in seçmə mərhələsində Almaniyaya qarşı matçda (1:5) vurduğu qolla gündəm olub. 
 
Sportarena.az xəbər verir ki, o, Türkiyə mətbuatında adından bəhs etdirib. Hazırda icarə əsasında "Qarabağ"da çıxış edən 21 yaşlı hücumçu müqavilə ilə aid olduğu "Trabzonspor"un məşqçilər korpusunun diqqətini cəlb edib. 
 
Türkiyə KİV-inin yaydığı xəbərə görə, onunla bağlı klubda müsbət fikir formalaşıb, son zamanlar daha yaxşı çıxış etdiyini bildiriblər. 
 
 


Xəbər xətti